- Köhnə - Dünya
- 20 Avqust 2015 23:45
- 3 041
Baş nazir istefa verdi

Yunanıstanın baş naziri Aleksis Tsipras istefaya getdiyini və ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini bəyan edib.
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Konstitusiyaya uyğun olaraq seçkilərin sonunadək hökumətə Yunanıstan Ali məhkəməsinin sədri Vasilika Tanu-Xristofilu başçılıq edəcək.
Parlament seçkilərinin sentyabrın 20-də keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, Aleksis Tsipras solçu SİRİZA Koalisiyasının 25 yanvar 2015-ci ildə keçirilmiş parlament seçkilərindəki qələbəsindən sonra baş nazir postunu tutmuşdu.