Tarixdə ən təhlükəli internet viruslarından birini yaratmış qrupun üzvü olan Deniss Calovskis ABŞ-da keçən məhkəmədə günahını etiraf edib. Tarixdə ən təhlükəli internet viruslarından birini yaratmış qrupun üzvü olan Deniss Calovskis ABŞ-da keçən məhkəmədə günahını etiraf edib.

Ən təhlükəli virusun yaradıcısı günahını etiraf etdi

Tarixdə ən təhlükəli internet viruslarından birini yaratmış qrupun üzvü olan Deniss Calovskis ABŞ-da keçən məhkəmədə günahını etiraf edib.


AzNews.az xəbər verir ki, "Qafqazinfo"nun BBC-yə istinadən məlumatına görə, o, yalnız ABŞ-da 40 min kompyuteri sıradan çıxarmış troyan kodunun bir hissəsini yazmaqda ittiham olunur.

"Mən bilirdim ki, etdiklərim qanunsuzdur", - müttəhim Nyu Yorkda keçirilən dinləmələr vaxtı edib.

Prokurorluqla əldə olunmuş əməkdaşlıq barədə sövdələşməyə görə etiraf ifadəsi müqabilində Latviya vətəndaşına cəmi iki il həbs cəzası kəsilə bilər.

Deniss Calovskis dünya boyu milyonlarla kompyuterə yol tapan "Gozi" virusunu 25 yaşlı rusiyalı Nikita Kuzmin və 28 yaşlı Rumıniya vətəndaşı Mihai Ionut Paunescu ilə birgə yaratdığını bildirib.

İşi araşdıran ABŞ prokurorluğu virusun istifadəsi nəticəsində yetirilmiş ziyanın on milyonlarla dollar təşkil etdiyini hesab edir.