Əgər referendum bu gün keçirilsəydi, britaniyalıların əksəriyyəti Avropa İttifaqından çıxmağın lehinə səs verərdi. Survation kompaniyasının The Daily Mail qəzetinin sifarişi ilə keçirdiyi sorğudan belə bir nəticə hasil olub. Əgər referendum bu gün keçirilsəydi, britaniyalıların əksəriyyəti Avropa İttifaqından çıxmağın lehinə səs verərdi. Survation kompaniyasının The Daily Mail qəzetinin sifarişi ilə keçirdiyi sorğudan belə bir nəticə hasil olub.

Britaniyalılar Avropa İttifaqından çıxmağın tərəfdarıdır

Əgər referendum bu gün keçirilsəydi, britaniyalıların əksəriyyəti Avropa İttifaqından çıxmağın lehinə səs verərdi. Survation kompaniyasının The Daily Mail qəzetinin sifarişi ilə keçirdiyi sorğudan belə bir nəticə hasil olub.


AzNews.az-ın Trend-ə istinadla xəbər verir ki, sorğuda iştirak edənlərin 43 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəklədiyini, 40 faizi isə bunun əleyhinə olduğunu bildirib. Bununla yanaşı, sonuncuların 22 faizi bəyan edib ki, əgər Avropanın hazırkı mühacir problemı dərinləşməkdə davam edərsə, fikirlərini dəyişə bilərlər. Respondentlərin 17 faizi suala cavab verməyə çətinlik çəkib.

Sentyabrın 3-4-də keçirilən onlayn-sorğuda 1004 nəfər iştirak edib.

Xatırladaq ki, kraliça Yelizaveta bu ilin mayında təəbələrinə Avropa İttifaqına üzvlük məsələsinə dair fikir bildirməyə şərait yaradılacağını vəd etmişdi. Konkret tarix göstərilməsə də, referendumun ən geci 2017-ci ilin sonunadək keçiriləcəyi bildirilir.