Küveytdə kütləvi aksiya-100 yaralı- FOTO

Küveytdə kütləvi etiraz aksiyası baş verib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 30 mindən artıq aksiyaçı seçki sisteminin dəyişdirilməsinə etiraz edib.

Qərb mətbuatının yazdığına görə, polislə aksiyaçılar arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. 100 aksiyaçının və 11 polis əməkdaşının yaralandığı bildirilir.

Onların əllərində etiraz və istefa rəmzi olan narıncı lentlər olub. Aksiyaçılar bildiriblər ki, seçki haqqında qanuna dəyişikliklər prezidentin avtoritar siyasətini daha da gücləndirməyə xidmət edir.

Sadiq Musa
AzNews.az
image description image description