Viskonsində dəhşətli qətl

Amerikanın Viskonsin ştatında dəhşətli qətl hadisəsi baş verib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, silahlı şəxs spa-salona hücum edib. Nəticədə 3 nəfər ölüb 4 nəfər isə yaralanıb.

Şahidlərin sözlərinə görə, "Mazda Protage" markalı avtomobildə olan cinayətkar spa salonuna partlayıcı qurğu atıb və daha sonra hadisə yerini tərk edib.

Polis cinayəti törədən şəxsi müəyyənləşdirə bilib. Verilən məlumata görə, hadisəni ştat sakini 45 yaşlı Redklif Xoton törədib. Hazırda onun axtarışı istiqamətində iş aparılır.

Sadiq Musa
AzNews.az
image description