Türkiyədən Yunanıstana keçmək istəyən mühacirlərin olduğu qayığın batması nəticəsində ölən suriyalı mühacirlərin sayı 34-ə çatıb. Türkiyədən Yunanıstana keçmək istəyən mühacirlərin olduğu qayığın batması nəticəsində ölən suriyalı mühacirlərin sayı 34-ə çatıb.

Mühaciləri daşıyan daha bir təknə batdı - 34 ölü (Yenilənib)

Türkiyədən Yunanıstana keçmək istəyən mühacirlərin olduğu qayığın batması nəticəsində ölən suriyalı mühacirlərin sayı 34-ə çatıb.


AzNews.az Report-a istinadən xəbər verir ki, ölənlərdən 14-ü uşaq olub.
Xilas edilən miqrantlar Yunanıstanın sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən Farmakonisi adasına aparılıb.

***
20:48

Türkiyədən Yunanıstana keçmək istəyən mühacirlərin olduğu balıqçı təknəsi batıb, biri uşaq olmaqla 28 nəfər ölüb.

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mühacirlər Türkiyənin Aydın bölgəsindən Yunanıstanın Leros adasına keçmək istəyirmişlər.

Türkiyənin Çanaqqala bölgəsində isə 57 nəfər mühaciri təhlükəsizlik qüvvələri xilas edib. İçərisində 42 nəfər Suriya, 13 nəfər Əfqanıstan, 2 nəfər isə Eritreya vətəndaşı olan mühacir dəstəsi Yunanıstanın Midilli adasına getmək üçün rezin botla Ege dənizinə çıxıb. Dənizdə botun motoru xarab olub. Batmaqda olan mühacirləri sahil təhlükəsizlik qüvvələri xilas edib.

Mühacirlərin sənədləri qaydaya salındıqdan sonbra deportasiya ediləcəklər.