Telekanala hücum oldu

Parlament silahlılar tərəfindən ələ keçirildi



Ötən gecə Liviyanın Benqazi şəhərində nümayişçilər "Əl-Hurrə" özəl telekanala hücum ediblər. 168.az "Frans-Press" agentliyinə istinadən xəbər verir ki, liviyalılar Bani-Valid şəhərindən verilən reportajlara etiraz ediblər. Qeyd edək ki, Müəmmar Qəzzafinin yaxın adamları bu şəhərdə qarşıdurma yaradıblar və ən azı 26 nəfər həlak olub, 200 nəfər yaralanıb.

Məlumata görə, telekanala hücum edənlər bütün avadanlğı məhv edib, bir otağı yandırıblar. "Əl-Hurrə"nin bəzi əməkdaşlarına, o cümlədən bir jurnalistinə təzyiqlər edilib. Televiziyanın işçiləri qaçmaq məcburiyyətində qalıblar və efir dayandırılıb.

Xarıtladaq ki, Liviya hökuməti Müəmmar Qəzzafinin oğlu Xamis Qəzzafinin və öldürülmüş liderin mətbuat katibi Musa İbrahimin həbs olunması xəbərini yaymışdı. Amma sonradan bu xəbər elə M.İbrahimin audiomüraciətilə təkzib edilmişdi. Keçmiş mətbuat katibinin sözlərinə görə, hazırda o, ölkə hüdudlarından kənardadır. Xamis Qəzzafinin harada olması barədə isə məlumatı yoxdur.

Bu arada paytaxt Tripoli şəhərində 500-dək silahlının ölkə parlamentini ələ keçirməsi barədə xəbərlər yayılıb. Onlar Bani-Validdə törədilən zorakılığın dayandırılmasını tələb edirlər. Hücum edənlərin əksəriyyəti hərbi əməliyyat zamanı Bani-Validdə etiraz edənlərin qohumları olub.

AzNews.az