BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlu bu səhər dünyasını dəyişib. BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlu bu səhər dünyasını dəyişib.

Ərəb şeyxinin oğlu dəfn edildi - Dubayda matəm elan olundu (Foto)

BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlu bu səhər dünyasını dəyişib.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Rəşid bin Məhəmməd Əl Maktoumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

Onun ölümü ilə bağlı Dubayda üç günlük matəm elan olunub. BƏƏ-də matəm günləri bayraqlar endiriləcək.

Qeyd edək ki, şeyxin oğlu Birləşmiş Krallıqda hərbi akademiyada təhsil alıb. 2008-də ölkənin Olimpiya Komitəsinin prezidenti seçilib. 2010-cu ildə iş qrafikinin sıxlığı ilə bağlı vəzifəsindən istefa verib. O həmçinin ölkənin məşhur idman fiquru kimi də tanınıb. Onun indiyə qədərki ən böyük idman uğuru isə "Doha 2006" Asiya Oyunlarında 2 qızıl medal qazanması olub.

1981-ci il təvəllüdlü Rəşid bin Məhəmməd Əl Maktoum artıq torpağa tapşırılıb. Dubay Əmiri oğlunun dəfn mərasimində dualar oxuyub.

Qeyd edək ki, 2010-cu ildə Şeyx Rəşid 5 il ard-arda ən seksual 20 ərəbdən biri seçilib. Forbesin 2010-cu ildə açıqladığı rəqəmlərə görə, onun sərvəti 1,9 milyard dollardır.

Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktum və varisi Hamdan Muhammed Bin Rəşid əl-Maktum dəfələrlə Azərbaycanda səfərdə olub.