İsveçrə prokurorluğu FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb. İsveçrə prokurorluğu FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb.

FİFA prezidentinə cinayət işi açıldı

İsveçrə prokurorluğu FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 25-də Y.Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.

Bundan əvvəl naməlum səbəbdən onun mətbuat konfransı ləğv edilib. İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.