Səudiyyə Ərəbistanın Yəməndə toy mərasimini bombalayıb. Səudiyyə Ərəbistanın Yəməndə toy mərasimini bombalayıb.

Toy mağarı bombalandı - 130 nəfər öldü

Səudiyyə Ərəbistanın Yəməndə toy mərasimini bombalayıb.



AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, hava hücumları nəticəsində 130 nəfər ölüb.

Bombalanan toy mərasiminin Husi üsyançıları tərəfindən dəstəklənən ailəyə məxsus olduğu bildirilir.

Ölkənin cənub-qərbində yerləşən Riyad şəhərində həyata keçirilən hava hücumundan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən nümayəndəliyi ölü sayının artacağınından narahat olduğunu bəyan edib.

Hüsi üsyançılarının nümayəndəsidə hücumun Səudiyyə Ərəbistanı və koalisiyaya daxil olan 8 ölkənin qırıcı təyyarələri tərəfindən həyata keçirildiyini bəyan edib.



Son vaxtlar Məkkədə həcc mərasimlərində baş verən faciələrlə əlaqədar qalmaqallar yaşayan Səudiyyə höküməti hələdə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Keçən həftə koasilisiya dövlətləri paytaxt Sənaya hücumların dahada genişləndiriləcəyini açıqlamışdı.

Hüsilərə yaxın xəbər agentliklərinin iddiasına görə, dünən bir kəndə həyata keçirilən hücum nəticəsində çoxu qadın və uşaq olmaqla 25 nəfər öldürülüb.

Yəmən hökümətini dəstəkləyən Səudiyyə Ərəbistanı hökümətinin başçılıq etdiyi Ərəb koalisiyası mart ayından bəri Ölkədə Hüsi üsyançılarına qarşı hava hücumları həyata keçirir.



Üsyançılar yanvar ayında paytaxta tam nəzarəti ələ keçirib, prezidenti ev dustağı edib və bildiriblər ki, beş üzvdən ibarət "prezident şurası" ölkəni idarə edəcək.

Amma bir neçə gün əvvəl ölkənin qanuni prezidenti Əbd Rəbbuh Mənsur Hadi 6 aydır sığındığı Səudiyyə Ərəbistanından ölkəsinə qayıdıb.



Əbd Rəbbuh Mənsur Hadinin paytaxta yox, ölkənin cənubundakı Ədən limanına qayıtması, Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinin müxalif husi silahlı qüvvələrinə qarşı hərbi əməliyyatları gücləndirməsindən sonra mümkün olub. Yəmən prezidentini Ədənin hava limanında onun tərəfdarlarından olan müvəqqəti hökumətin baş naziri Xalid Behah qarşılayıb.