- Köhnə - Dünya
- 9 Oktyabr 2015 13:09
- 6 071
“Ermənistanın Qafqazın “qara qoyun”u olmaqda davam edir” - Piter Teys

“Ermənistan Sovet İttifaqının iflasından sonrakı ötən 25 il ərzində rəzil bir dövlət olub. O, Xəzər regionuna böyük iqtisadi zərərin dəyməsinə səbəb olub, Azərbaycan xalqına yaralar vurub”.
Bu fikirləri Azadinform-a açıqlamasında ABŞ-ın Markett Universitetinin Beynəlxalq əlaqələr üzrə eksperti, siyasi analitik Piter Teys deyib. Ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanla Azərbaycan arasında aparılan danışıqların əsasən bu səbəblərə görə uğursuzluğa düçar olduğunu bildirib.
"Yerevan insan haqlarına hörmət etmir"
Teys qeyd edib ki, Ermənistan hüququn qanunlarına riayət etmir və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə (822, 853, 874, 884) qəti şəkildə məhəl qoymur. Yerevan insan haqlarına hörmət etmir və qoşunların təmas xəttində təkrar təxribatlar törədir.
Ekspert əlavə edib ki, Ermənistan əsrin bir rübü ərzində fırıldaqçı dövlət olub, təəssüf ki, o zorakılıqdan ibarət olan geostrateji vəziyyət çərçivəsində yaşayır: "Yaşadığımız dünya çoxqütblü olduğumu kimi dinamik, praqmatik ola bilər. Bu gün Ermənistan dövlətinin 2 əhəmiyyətli elementi çatmır - onun xarici siyasət və milli strategiyası yoxdur".
"Azərbaycan dünyada çiçəklənmənin mükəmməl nümunəsinə çevrilib"
Amerikalı ekspert vurğulayıb ki, Ermənistanın beynəlxalq aləmdə çəkisi yoxdur, o uğursuz dövlətdir, Ermənistanı korrupsiya, yüksək işsizlik dərəcəsi, qohumbazlıq və problematik durğunluq bürüyür: "Bu maneələr Ermənistanın effektiv vasitəçi olmasına imkan vermir və nəticədə Qafqazın "qara qoyunu" olmaqda davam edir, eyni zamanda Azərbaycan 20% ərazisi Ermənistanın nəzarəti altında olmasına baxmayaraq, konsolidasiya edilmiş demokratiya, güclü iqtisadi inkişafla əhatə edilib. Azərbaycan dünyada çiçəklənmənin mükəmməl nümunəsinə çevrilib".
"Ermənistanın təcavüzkar niyyəti yalnız xalqı cəzalandırır"
Teysin fikrincə, Ermənistanın təcavüzkar niyyəti yalnız erməni xalqını və onun siyasi zümrəsini cəzalandırır, çünki dövlət Qafqazdan keçən və Avropa sahillərinə qaz gətirən mənfəətli enerji olan qaz kəmərlərindən təcrid edilib.
O, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın indiki daxili böhranı üçün bir çağırış olduğunu düşünür: "Yerevan qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməlidir, beynəlxalq hüququnun qanunlarını pozmaqdan çəkinməli və Azərbaycan Respublikasının suverenliyinə hörmətlə yanaşmalıdır".
Sonda Ermənistanın Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı XİN rəhbəri Edvard Nalbandyanın fikrinə münasibət bildirən ekspert deyib: "Belə görünür ki, Ermənistan 1901-ci ilin noyabrına- Müqəddəs Apostollar Monastır Döyüşünə qayıdır. XİN rəhbəri Nalbandyan təkəbbürlü tonla danışır və bu tip ultimatumlar verməklə o Andranik (Müqəddəs Apostollar Döyüşündə iştitrak etmiş erməni partizan) kimi davranmaq istəyir".