Bayramda atəş dayandırılacaq

Suriya hakimiyyəti ölkədə Qurban bayramı günlərində atəşi dayandırmağa razılıq verib.

Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Laxdar Brahimi bildirib.

Dəməşq bu qərarı Brahiminin səfərindən sonra qəbul edib.

AzNews.az