İsrail Qəzzanı yenə bombaladı-Ölənlər var

İsrail qırıcı təyyarələri Qəzza sektoruna 40 aviazərbə endirib. AzNews.az-ın Röyters xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, aviazərbələr nəticəsində mülki əhali arasında bir neçə nəfər həyatını itirib.

Onların dəqiq sayı barəsində isə hər hansı məlumat verilmir. İsrail tərəfi isə iddia edir ki, onların hədəfi radikal mücahidlər olub. Bundan əlavə, İsrail tərəfi iddia edib ki, ilk olaraq atəş Qəzza sektorundan açılıb.

Sadiq Musa
AzNews.az