Almaniyada bir evdən 7 uşaq cəsədi tapılıb. Almaniyada bir evdən 7 uşaq cəsədi tapılıb.

Bir evdən 7 uşaq cəsədi... – Almaniyada dəhşət

Almaniyada bir evdən 7 uşaq cəsədi tapılıb.


AzNews.az xəbər verir ki, uşaqların cəsədləri Almaniyanın cənubunda yerləşən Bavyera əyalətinə bağlı Vallenfels qəsəbəsindəki bir evdə aşkar olunub. Cəsədləri bir həkimin tapdığı bildirilir.

Almaniya polisi hadisə ilə bağlı açıqlamalarında uşaqların sayının 7-dən də çox ola biləcəyini qeyd edib. Uşaqların nə qədər müddət orada qaldıqları və necə öldükləri hələ dəqiq deyil. Hazırda uşaqlar ölümü ilə bağlı araşdırma aparılır. Uşaqların cəsədləri pis vəziyyətdə olduğu üçün prosesin tez bir zamanda yekunlaşması gözlənilmir.

Polis evin 45 yaşında bir qadına məxsus olduğunu açıqlayıb. Həmin qadının və onunla birlikdə bu cinayəti törədə biləcək şəxslər istintaqa cəlb edilib. Hadisə ilə bağlı bütün şəxslərin ifadələri alınır.

Qeyd edək ki, son illərdə Almaniyada uşaq cinayətlərinin sayı xeyli artıb.




Sevinc Yasinqızı