Daha iki mərmi Suriyadan Türkiyə ərazisinə düşdü

Suriya ərazisindən atılan iki mərmi Türkiyənin Hatay vilayətindəki Reyhanlı rayonunun ərazisinə düşüb. Trend-in məlumatına görə, bu barədə DHA agentliyi xəbər verib. Agentliyin məlumatına görə, ölənlər və ya yaralılar barədə məlumat daxil olmayıb.

Türkiyə və Suriya arasında münasibətlər oktyabrın əvvəllərində beş türk vətəndaşın ölümünə səbəb olan Suriyadan Türkiyə ərazisinə mərminin atılmasından sonar kəskin şəkildə pisləşib. Mərmi Şanlıurfa vilayətinin Akçakala şəhərində partlamışdı. Suriya tərəfi indiyədək belə hücumları bir neçə dəfə təkrarlayıb.

AzNews.az