İŞİD vuracağı növbəti ölkəni açıqladı - VİDEO

İŞİD terrorçu qruplaşması yeni terror aktları törədəcəyi ilə bağlı video-müraciət yayıb.


AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, yayılan video-müraciətdə terrorçu qruplaşma növbəti hədəfin Suriyada terrorçuluğa qarşı koalisiyanın iştirakçı dövlətlərindən birinin olacağını qeyd edilir.

İŞİD terrorçu qruplaşması yaydığı yeni video-müraciətdə Suriyada terrorçularla mübarizədə iştirak edən ölkələri növbəti terror aktları ilə hədələyib. Terrorçuların sözlərinə görə, ən yaxın hədəflərdən biri Vaşinqton olmalıdır.

"Yeni "səlib yürüşündə" iştirak edən bütün ölkələr öz payını alacaq. And içirik ki, Paris kimi biz Vaşinqtonu da vuracağıq", - deyə video-müraciətdə deyilir. Noyabrın 15-də İraq xüsusi xidmət orqanları yeni informasiya yayıb. Onların verdiyi xəbərə görə, İŞİD terrorçu qruplaşması terror aktlarının keçirilməsi üçün üç ölkə seçiblər: Fransa, ABŞ və İran.

Noyabrın 12-də İŞİD terrorçu qruplaşması Rusiyanı təhdid edən yeni video-müraciət yayımışdı. Yayılan videoda terrorçu qruplaşma Rusiyanı hədələyirdi. Rus dilində olan video "Əl-Hayyat" resursunda dərc edilib. İŞİD terrorçu qruplaşmasının bütün bəyanatları burada dərc edilir. İŞİD-çilər çox tezliklə Rusiyada terror aktları törədəcəyini və ruslara qarşı yeni qırğınlar təşkil etməklə hədələyirlər.


İŞİD nəzarətində olan ərazilər