Almaniya və Niderland arasında baş tutmalı olan yoldaşlıq oyunu ləğv olunub. Almaniya və Niderland arasında baş tutmalı olan yoldaşlıq oyunu ləğv olunub.

Almaniya - Hollandiya oyunu ləğv olundu - Terror həyəcanı (Foto)

Almaniya və Niderland arasında baş tutmalı olan yoldaşlıq oyunu ləğv olunub.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, oyun Hannovarda keçirilməli idi. Bir neçə saat əvvəl Qərb mətbuatı oyunun keçiriləcəyi stadionda naməlum çamadan tapıldığını yazıb. Bununla bağlı araşdırmalara başlanılıb, amma həmin qutudan hər hansı təhlükəli partlayıcının tapılıb-tapılmadığı məlum deyil. Polis qüvvələri stadiona bütün giriş-çıxışları bağlayıblar.

Oyunun hansı günə qədər təxirə salınacağı da açıqlanmır.

Digər bir versiyaya görə isə, matç sadəcə olaraq Parisdə baş vermiş terror hadisəsindən sonra, təhlükəsizlik tədbirləri baxımdan ləğv edilib.

Qeyd edək ki, sözügedən oyunu Almaniya kansleri Angela Merkel və ölkənin digər rəsmi şəxsləri izləyəcəkdi.