İraq-Şam İslam Dövlətinin (İŞİD) terrorçuları təşkilata vəfasızlıq edən çinli və norveçli girovları güllələyiblər. İraq-Şam İslam Dövlətinin (İŞİD) terrorçuları təşkilata vəfasızlıq edən çinli və norveçli girovları güllələyiblər.

İŞİD-cilər çinli və norveçli girovları edam etdilər

İraq-Şam İslam Dövlətinin (İŞİD) terrorçuları təşkilata vəfasızlıq edən çinli və norveçli girovları güllələyiblər.


AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Norveç Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşlarının edamı ilə bağlı təsdiqləyici fakt olmadığını bəyan edib. Çin hakimiyyəti və "Sinxua" dövlət agentliyi terrorçuların bəyanatına reaksiya verməyib.

Sentyabrın 9-da xəbər verilib ki, 48 yaşlı Oslo sakini Ole Yohan Qrimsqaar-Ofstadı və 50 yaşlı pekinli Fan Tsinxueyi yaraqlılar "satışa" çıxarıblar. Norveçin baş naziri Erna Solberq o zaman bəyan edib ki, krallıq öz vətəndaşını pulla almağı planlaşdırmır.

Çin hakimiyyətinin bəyatında isə qeyd edilirdi ki, bu ölkənin vətəndaşını yaraqlılar həqiqətən oğurlaya bilərlər, ancaq konkret olaraq təsdiqlənməyib.