Rusiyanın Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb. Rusiyanın Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb.

Rusiyanın daha bir helikopteri qəzaya düşdü – Ölü sayı 15-ə çatdı (Yenilənib)

Rusiyanın Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb.


AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərbi-Sibir Nəqliyyat Prokurorluğunun baş köməkçisi Oksana Qorbunova məlumat verib: ""Turuxan" aviaşirkətinə məxsus olan helikopter İqarka şəhərinin 10 kilometrliyində qəzaya uğrayıb. Nəticədə 15 nəfər ölüb, 10 nəfər isə reanimasiyaya yerləşdirilib".

Onu da bildirək ki, Krasnoyarsk vilayətinin qubernatoru Viktor Tolokonski Mi-8 helikopterinin qəzaya uğraması ilə bağlı matəm elan edib. "Qubernator Viktor Tolokonskinin göstərişi ilə 27 noyabr Krosnayark vilayətində matəm günü elan olunub", -deyə vilayətin rəsmi portalında qeyd olunub. Hakimiyyət zərərçəkənlərə yardım üçün bütün xidmətləri səfərbərliyə çağırıb. Xidmətlərin fəaliyyətlərini koordinasiya edən operativ qərargah yaradılıb.

***
11:01


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın Mi-8 helikopteri Yenisey çayına düşüb. Məlumata görə, helikopterin göyərtəsində 22 sərnişin və 3 heyət üzvü olub.

Rusiyanın daha bir helikopteri qəzaya uğrayıb.

Krasnoyarsk vilayətinin Nəqliyyat Prokurorluğundan verilən məlumata görə, qəza nəticəsində 12 nəfər ölüb.

"Turuxansk" aviaşirkətinə məxsus helikopter hazırda buz üzərindədir. Qəza zamanı xəsarət alanları qar motosikletlərində xəstəxanalara çatdırıblar.

Qəza baş verən əraziyə 2 helikopter cəlb olunub.

Aydan AXUNDOVA
AzNews.az