- Köhnə - Dünya
- 18 Dekabr 2015 11:59
- 8 573
“Türkiyə amerikalıların bir yerini yalamaq istəyirdi” fikrinə - Cavab

“ABŞ Türkiyə ilə Rusiya arasında münaqişə yaratmaq istəmir”.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ağ evin mətbuat katibi Coşua Ernest jurnalistlər üçün brifinqində səsləndirib.
Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin dünənki "illik hesabat"ında Rusiya təyyarəsinin Türkiyə tərəfindən ABŞ-la bir növ siyasi razılaşdırma üçün vurulduğunu bildirib.
Jurnalistlər Coşua Ernestdən Putinin bu dediklərini şərh etməyi xahiş ediblər. O, belə bir ehtimalı tamamilə rədd edib və cəfəngiyyat adlandırıb.
Bundan əlavə Ağ evin mətbuat katibi rəsmi Vaşinqtonun əlində Rusiya təyyarəsinin Türkiyə hava məkanını pozması, Türkiyə tərəfindən pilotlara xəbərdarlıq edilməsi və onların bu xəbərdarlığa məhəl qoymamasına dair məlumatlar olduğunu qeyd edib.
Türkiyənin NATO üzrə ABŞ-ın müttəfiqi olduğunu bildirən Coşua Ernest Türkiyənin öz ərazisini və hava sərhədini qorumaq hüququnun ABŞ tərəfindən qərarlı şəkildə dəstəkləndiyini vurğulayıb: "ABŞ Rusiya və Türkiyəni aralarındakı gərginliyi aradan qaldırmağa çağırır. Əlbəttə, bizim NATO üzrə yaxın müttəfiqlərimizdən biriylə Rusiya arasında münaqişə yaratmağa marağımız yoxdur. Suriyada qarşılaşdığımız bütün çağırışları nəzərə alaraq biz Rusiyanın ABŞ və onun müttəfiqlərilə böyük əməkdaşlıq ruhunda işləmək üsulunu tapmasına üstünlük verərdik".
Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putindən Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasında üçüncü bir tərəfin rolunun olub-olmaması soruşulub. Putin cavabında sualda olan eyhamı anladığını bildirib: "Nə demək istədiyinizi başa düşürəm. Lakin bunu bilmirik. Əgər Türkiyə rəhbərliyindən kimsə amerikalıların bir yerini yalamaq qərarına gəlibsə, bilmirəm düzgün hərəkət ediblər, ya yox. Çünki bilmirəm bu amerikalılara lazımdırmı. Bəlkə də, hansısa səviyyədə razılaşma olub: məsələn, "biz Rusiya təyyarəsini vururuq, siz isə gözlərinizi yumursunuz", "biz, məsələn, İraqın ərazisinə daxil oluruq və İraqın bir hissəni işğal edirik".
Aydan