Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər, o cümlədən şiə din xadimi şeyx Nimr ən-Nimr edam olunub. Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər, o cümlədən şiə din xadimi şeyx Nimr ən-Nimr edam olunub.

47 nəfər edam olundu - Səudiyyə Ərəbistanında

Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər, o cümlədən şiə din xadimi şeyx Nimr ən-Nimr edam olunub.


AzNews.az Azərtac-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları edam olunanların əksəriyyətini 2003-2006-cı illərdə "Əl-Qaidə" qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edib. Onların 45 nəfəri Səudiyyə Ərəbistanı, 2 nəfəri isə Misir və Çad vətəndaşlarıdır.

Edam olunanlar arasında 2011-2013-cü illərdə Səudiyyə Ərəbistanında keçirilən etiraz aksiyaları zamanı həbs olunmuş şiələr də var. Bu ərəfədə İran tərəfi hədələmişdi ki, əgər ən-Nimr edam olunsa, bu, Səudiyyə Ərəbistanına baha başa gələcək.

Xatırladaq ki, ötən il Səudiyyə Ərəbistanında 157 nəfər edam edilmişdi.