Türkiyənin “Onur Hava Yolları” və “Pegasus” aviaşirkətləri Rusiyaya uçuşları dayandırıb. Türkiyənin “Onur Hava Yolları” və “Pegasus” aviaşirkətləri Rusiyaya uçuşları dayandırıb.

Türk şirkətlərindən qərar – Rusiyaya uçuşlar dayandı

Türkiyənin “Onur Hava Yolları” və “Pegasus” aviaşirkətləri Rusiyaya uçuşları dayandırıb.


AzNews.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, beynəlxalq hava uçuşları qaydalarına zidd olaraq Türk hava yolu şirkətlərinin uçuş qruplarından viza istənməsi ilə "Pegasus" və "Onur Hava Yolları" müvəqqəti olaraq Rusiyaya uçuşları dayandırmaq qərarı alıb.

Hər iki şirkət müvəqqəti olaraq Rusiyaya etdiyi səfərlərini dayandırmaq məcburiyyətində qalıb. Aviaşirkətlər yanvarın 13-dən Rusiyaya uçuşların bərpa oluncağına ümid edirlər. Lakin Türk Hava Yolları uçuşlara davam edir.

Uçuşların müvəqqəti dayandırılmasına səbəb Rusiya və Türkiyə arasındakı münasibətlərdə yaranmış böhrandır.

Qeyd edək ki, Rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra rəsmi Moskva bu ilin yanvarın 1-dən vizasız rejimi dayandırıb.

Sevinc YASİNQIZI