Cənubi Osetiyada respublikanın «baş prokuroru» Merab Çiqoyev həlak olub. Cənubi Osetiyada respublikanın «baş prokuroru» Merab Çiqoyev həlak olub.

Maşınla baş prokuroru vuraraq öldürdü

Cənubi Osetiyada respublikanın «baş prokuroru» Merab Çiqoyev həlak olub.


Bu barədə İnterfaksa bu axşam onun gətirildiyi respublika xəstəxanasının reanimasiya şöbəsində bildiriblər.

"Merab Çiqoyev Sovetski küçəsi və Alan Caqoyev prospekti kəsişməsində dayanmış avtomobilinə yaxınlaşanda yaxınlıqdan keçən maşın onu vurub",- deyə agentliyə hadisənin şahidləri bildiriblər.

DİN-nin növbətçi hissəsindən "Cənubi Osetiya Sputnik"-ə verilən xəbərə görə, Cənubi Osetiya hüquq-mühafizə orqanları tərəfindən respublikanın "baş prokuroru" Merab Çiqoyevi maşınla vurmaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Soslan Tedeyev hadisə yerindən qaçmağa cəhd etməyib və hadisəni törətməkdə etirafedici ifadələr verib. O, sonrakı ifadələr vermək üçün Daxili İşlər Nazirliyindədir"- DİN əməkdaşı bildirmişdir.


Oxu.Az