Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Qazaxıstan parlamenti buraxılır – Növbədənkənar seçkilər olacaq

Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


AzNews.az xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin dünən keçirilən iclasında qərar qəbul edilib. İclasında parlamentin buraxılması ilə bağlı qərar verilib və yekdilliklə qəbul edilən qərar barədə ölkə prezidenti Nursultan Nazarbayevə müraciət ünvanlanıb. Müraciətdə Məclis palatanın vaxtından əvvəl buraxılmasını və 2016-cı ildə növbədənkənar seçkilərin təyin olunmasını xahiş edib.

"Biz beşinci çağırış deputatlarının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması barədə təşəbbüslə çıxış edirik", -deyə qazaxıstanlı deputat Vladislav Kosaryov bildirib. Onun sözlərinə görə, indiki parlament millətlər planının qanunvericilik bazasını yaratmaqla öz tarixi missiyasını yerinə yetirib.

"İndi, yeni tarixi dövrün qədəm qoyduğu, ölkənin modernləşdirilməsi, bütün istiqamətlərdə prezident islahatlarının həyata keçirildiyi bir vaxtda partiyaların seçicilərdən yeni etibar mandatı alması çox vacibdir.

İkincisi, antiböhran tədbirlərinin fəal həyata keçirilməsi üçün bu məsuliyyətli dövrdə geniş ictimai konsolidasiya lazımdır. Bütün səviyyələrdə islahatların həyata keçirilməsi fəaliyyətini sinxronlaşdırmaq üçün parlament seçkilərini yerli maslixatlara seçkilərlə birləşdirmək vacibdir. Bu, böhran şəraitində seçki mərhələsini uzatmamağa və seçkilərin keçirilməsi üçün büdcə xərclərini azaltmağa imkan verəcək", - Vladislav Kosaryov bildirib.

Aydan AXUNDOVA