- Köhnə - Dünya
- 18 Yanvar 2016 18:12
- 3 496
“Donuz qripi” daha 3 can aldı - Türkiyədə
Türkiyənin Diyarbəkir vilayətində daha 3 nəfər “donuz qripi”ndən (H1N1 virusu) ölüb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilin əvvəlindən "donuz qripi" şübhəsi ilə vilayətin xəstəxanasına müraciət edən 45 nəfərdən 22-də bu xəstəlik aşkar edilib. 22 nəfərdən 3-ü xəstəlikdən dünyasını dəyişib. Xəstəxanadan bildirilib ki, "donuz qripi" xəsətəliyi ilə müraciət edən bütün xəstələrin müalicəsi davam etdirilir.
Qeyd edək ki, ilin əvvəlindən Türkiyədə "donuz qripi"ndən 17 nəfər ölüb.
Sevinc YASİNQIZI
AzNews.az