Başqırdıstan və Tatarıstanın ən məşhur müğənnilərindən biri, əməkdar artist, "Tuğan yak", "Yanqış mileş" və "Atayım" kimi populyar mahnıların ifaçısı Vəsilə Rafizovna Fəttahova Ufada vəfat edib. Başqırdıstan və Tatarıstanın ən məşhur müğənnilərindən biri, əməkdar artist, "Tuğan yak", "Yanqış mileş" və "Atayım" kimi populyar mahnıların ifaçısı Vəsilə Rafizovna Fəttahova Ufada vəfat edib.

Tatarıstanın məşhur müğənnisi doğuşdan sonra öldü

Başqırdıstan və Tatarıstanın ən məşhur müğənnilərindən biri, əməkdar artist, "Tuğan yak", "Yanqış mileş" və "Atayım" kimi populyar mahnıların ifaçısı Vəsilə Rafizovna Fəttahova Ufada vəfat edib.


AzNews.az milli.az-a istinadən xəbər verir ki, 36 yaşlı müğənni ötən ilin dekabrın 27-də ikinci övladını dünyaya gətirmişdi. Doğuş çox ağır keçdiyindən o, Ufadakı Respublika Kliniki Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdi. Həkimlər 5 cərrahiyyə əməliyyatı aparsalar da, müğənnini xilas edə bilməyiblər.

Başqırdıstanın xalq artisti, Tatarıstanın əməkdar artisti, başqırd müğənni Vəsilə Fəttahova sabah dəfn olunacaq.

Vida mərasimi Ufadakı Başqırd Dövlət Filarmoniyasının binasında keçiriləcək.