Mən Xlestakovu çoxdan tanıyıram, Mehman Əliyev, sən ayrı qapıya get! Mən Xlestakovu çoxdan tanıyıram, Mehman Əliyev, sən ayrı qapıya get!

MehMANİKAL fəxriyyədə yalanın və kəmsavadlığın sintezi

Mən Xlestakovu çoxdan tanıyıram, Mehman Əliyev, sən ayrı qapıya get!

Bəli, Mehman Əliyev, haqlısınız, yerdən göyə qədər haqlısınız. Haqqımda yazırsınız: “O, hələ də sadə Tezis-Arqument-Dəlil sxemini mənimsəməyib”. Mən də təsdiq edirəm, doğrudan da mənimsəməmişəm! Bilirsiniz niyə? Çünki belə bir məntiqi sxem, sadəcə olaraq, yoxdur. Aristoteldən Mahir İsrafilova, Müdrik Modan Necati Önərə, Hindistan nyayaçılığından Aleksandra Qetmanovaya qədər məntiqdən danışmış, yazmış kimə istəyirsinizsə müraciət edin, yoxdur! Məntiqdə Tezis-Arqument- Nəticə sxemi var. Halbuki, siz öz cavab yazınızda “arqument”lə eyni mənanı ifadə edən “dəlil” məfhumdan iki ayrı cümlədə və hər iki halda onu əsaslandırma prosesininin üçüncü komponentinin əvəzinə işlətdiyinizdən anlamaq çətin deyil ki, məntiqdən şikəstsiniz. Sadə bir məntiqi sxemin strukturundakı üç məfhumadan ikisini bilib, birini bilməməyin adı isə kəmsavadlıqdır. Üstəlik, özünüz də haqlı olaraq vurğulayırsınız ki, belələrinə həm də "Yalançı" deyirlər.

Diqqət edin, cəmi onca cümlə sizin yalançı kəmsavad, yaxud kəmsavad yalançı olduğunuzu bir daha üzə çıxarmağa yetir və siz məntiqin dəmir barmaqlıqları arxasında paraloqik məhbusa çevrilirsiniz. Paroloqiklərin isə mühakimə və mübahisələrdə argumentum ad hominem" adlanan məntiq xətalarına yol verməsi qaçılmazdır. Odur ki, sizə ünvanlanan konkret suallara cavab vermək, gözünüzün içinə sadalanan faktlara aydınlıq gətirmək əvəzinə, “mən fərz edirəm ki, İlham Əliyevə qarşı sui-qəsd olsa və bunu Taleh Şahsuvarlı öncədən bilsə, prezidentə məlumat verməz” kimi absurd ehtimallarla halo effekt yaratmağa cəhd göstərirsiniz. Ancaq yarada bilmirsiniz və heç bilməzsiniz də ona görə ki, Duns Skot qanununun “yalandan istənilən nəticəni çıxarmaq olar” formulu bu yazının əlçatan olduğu milyonlarca Azərbaycan insanının gözü qarşısında baş vərənləri təhrif etmək üçün keçərsizdir. Bir deyil, beş, beş deyil, lap on beş fəxriyyə yazsanız belə, xeyri yoxdur, təqdim etdiyiniz “tarixi” illüstrasiya və özünüz haqqında yaratmaq istədyiniz illüziya gerçəkliyin və əsl kimliyinizin təsviri deyil.

Budur, ciddi-cəhdlə hər zaman əlaltdan, xəlvətdə indiki hakimiyyətin yanında olduğunuzu sübut etməyə çalışır, az qala özünüzü “qocaman Əliyevçi” kimi təqdim edərək başqalarının əqidə müfəttişi kimi çıxış edirsinız. Mən İvan Aleksandroviç Xlestakovu çoxdan tanısam da, müəllifi olduğunuz fəxriyyəni oxuyanlardan bəziləri düşünə bilər ki, bəs, “Turan” İnformasiya Agentliyini qapadıb “Səs” qəzetində- bineyi-qədimdən əliyevçi olmuş şəxslərlə birgə çalışmaq istəyirsiniz. Deyə bilmərəm, “Səs” qəzetinin kollektivi sizi sıralarında görmək istəyər, ya yox. Ancaq hələ vaxtınız var, buyurun, barı bundan sonra Əliyevin açıq və səmimi tərəfdarı olmaq istədiyinizi isbat edin, hakimiyyət də əvəzində sizə hansısa formada dəstək vermək barədə düşünsün... Madam zaman-zaman guya ən yüksək vəzifələrə təklif alıbsınız və geri çeviribsiniz, düşmüş olduğunuz bataqlıqdan çıxmağınız üçün nacizanə bir təşəbbüs də mən səsləndirsəm, dünya dağılmaz hər halda... Nə edim, hər şeyə rəğmən, halınıza acımaqdan saxlaya bilmirəm özümü.

Bilirsinizmi nə üçün?

Yalançının yaddaşı olmaz, amma yenə çalışın ki, xatirinizə salasınız. Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dönəmdə- 2014-cü ildə Xədicə İsmayıl İçərişəhərdəki “Art Garden” restoranında ABŞ senatınının Con Zadrozni və Daniel Vajdiç adlı iki xüsusi nümayəndəsi ilə görüşmüşdü. Həmin görüşdən sonra mətbuata sızan məlumata görə, Xədicə İsmayıl amerikalılara sizin Babək Muradov adlı sahibkar vasitəsi ilə MTN-ə xəfiyyəlik etdiyinizi bildiribmiş. İndi “heç tanımırdım”, “haqqında məlumatım yox idi” dediyiniz AzNews.az saytında (yeri gəlmişkən, mən bu sayta ötən ilin avqustundan rəhbərlik edirəm və müvafiq rekvizitlərin yenidən yerləşdirilməməsi saytın dizaynının təkmilləşdirilməsinin davam etməsi ilə bağlıdır) 2014-cü ildə açıqlama vermiş və MTN-nin analitik mərkəzinə rəis təyin olunmaq təklifi aldığınızı da məhz bu saytda dilə gətirmişdiniz. İndi həmin təklifi 2014-cü ildə yox, 1995-ci ildə aldığınızı söyləməyiniz Xədicə İsmayılın sözü gedən tarixdə sizinlə bağlı iddiasını təkzib etməyə yetmir axı... Siz hazırda “layəqətli vətəndaş” adlandırdığınız, bir növ rəhmətlik Nəcəf Nəcəfovun yadigarı olaraq gördüyünüz Babək Muradovla, o cümlədən şəxsinizlə bağlı bir iddianın müəllifinin adını çəkməyə, ona etiraz etməyə özünüzdə mənəvi güc tapmırsınızsa, sizə necə acımamaq olar?

Nədən gözünüz bu qədər kölgəlidir Xədicə İsmayılın yanında?

Bəlkə, qrant bazarında dəllallıq edərkən tərəzinin gözünü necə əyməyiniz barədə Xədicənin əlində olan faktları açıqlayacağından çəkinirsiniz?

Bəli, sizin öz səsləndirdiyiniz rəqəmə bir daha istinad etsəm, 2000-2010-cu illərdə Azərbaycan mediasına Qərbdən verilən 150 milyon dollardan çox məbləği əhatə edən yardımın ünvana çatmamasında, müstəqil nəşriyyatlara, yayım şirkətlərinə, qəzetlərə, jurnallara, xəbər portallarına çevrilməməsinə birbaşa məsuliyyət daşıyan şəxslərdənsiniz. İndi bu məsuliyyəti hesabata çevirmək, yüz milyonların aqibətinə aydınlıq gətirmək yerinə, bütün həyatı boyu əli bir manat haram pula dəyməmiş şəxsə- mənə hədyan yağdırırsınız.

Budurmu sizin şərəfiniz?

Budurmu sizin ləyaqətiniz?

Budurmu sizin təcrübə və müdriklik dağarcığınız?

Azərbaycanda vətəndaş cəmiyyətinin sanballı isimlərindən olan Sahib Məmmədov illər öncə açıqlama verib. O, bu gün də həmin açıqlamasının üzərində israrla dayanaraq deyir ki, Mehman Əliyev Sumqayıt hadisələri ilə bağlı film çəkilməsi üçün Elçibəy hakimiyyəti dövründə hesabına keçirilən pulları mənimsəyərək “Turan” agentliyinin maddi-texniki bazasının qurulmasına xərcləyib. Sahib Məmmədov açıq-açıq, hər sətrinin altını dönə-dönə çizərək yazır və mən də onun bəyanına istinad edərək soruşuram, hanı Sumqayıt hadisələri ilə bağlı çəkdiyiniz film? Əgər, ya zəlzələdən, ya vəlvələdən, film çəkilmədisə, hesabınıza köçürülən paraları nə etdiniz? Təzədən dövlətə, müəssisələrəmi qaytardınız?

Axı “Turan” agentliyinin rəsmən 1990-cı ildə təsis edilməsi, hətta bir nəfərlə, beş nəfərlə çalışması, 1993-cü ildə hesaba köçürülmüş pulların mənimsənilməsi şübhəsini aradan qaldırmır. Prezident Aparatının mətbuat xidməti rəhbərinin müavini olmuş bir şəxs, həmin strukturda kifayət qədər önəmli bir vəzifə tutmuş Sahib Məmmədovu necə tanımaya bilərdi?

Kimə kəf gəlirsiniz?

Odur ki, laklamaqdan, boyamaqdan doymadığınız büstünüzü aparın Cəmil Həsənlinin qarşısına qoyun, sizlərin qurduğunuz tələyə, o, tez düşür...

Təsəvvür edin, əziz oxucu, 2013-cü ildə, dəqiq tarixi ilə deyirəm, avqustun 2-də Mehman Əliyev Əliheydər Qarayevin yolunu gedərək Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Həmin məktub üzə çıxdıqdan sonra- həmin il avqustun 13- də Milli Şuranın əsas isimlərindən olan Eldar Namazov qurumun iclasından sonra xüsusi brifinq keçirib. O, açıqlama verib ki, Milli Şuranın Putinə məktub ünvanlamaqla bağlı hər hansı qərarı yoxdur, olmayıb. İndi isə Mehman Əliyev imzaladığı həmin məktubun Milli Şuranın rəsmi qərarı ilə yazıldığını söyləyir və Cəmil Həsənli də bu mövqeyi şövqlə, bəh-bəhlə paylaşır. Milli Şuranın belə bir qərarının olub-olmaması, Mehman Əliyevin həmin məktubla Azərbaycan dövlətinə, milli istiqlalımıza qarşı siyasi sui-qəsd cəhdini sığortalamır əsla, amma Eldar Namazovun açıqlamasına etirazı varsa, heç olmasa indi həmin qərarı, həmin qərarın əks olunduğu protokolu çıxarsın üzə!

Cəmil Həsənlidən söz düşmüşkən, görəsən, nə qədər adam onun prezidentliyə namizəd olduğu dövrdə aparılan kampaniyadakı seçki şüarını xatırlayır?

Cəmil Həsənlinin seçki marşının musiqisi və sözləri yadınızdadırmı?

Allah xatirinə, Cəmil Həsənlinin seçki kampaniyasından söz düşəndə, hər kəsin ağlına “vaxtımı saxloun” məzhəkəsi gəlmirmi?

Mehman Əliyev Cəmil Həsənli üçün belə yaxşı PR kampaniyası qurmuş, hakim partiyanın təbliğat komandasını, iddia etdiyi sayaq mat vəziyyətində qoymuşdusa, nədən Milli Şuranın mitinqlərinə iki cüt, bir tək adam toplaya bilmirdilər?

Axı hamımızın gözü qarşısında baş verib: 2013-cü ildə prezident seçkilərinə aylar, günlər qala Milli Şuranın rəhbərliyi papatya ləçəkləri qopararaq “Rüstəm gələcək, Rüstəm gəlməyəcək” falı açmaqla, o özü isə, gündə bir bəhanə uydurmaqla məşğul idi?!.. Madam belə uğurlu təbliğat qurmuşdunuz, niyə Rüstəm İbrahimbəyov bizlərin- Azərbaycan prezidenti İlham Əliyevin namizədliyini birmənalı şəkildə və təmənnasız dəstəkləyən jurnalistlərin “ağzından vurmağa” çağırış edirdi? Uğurlu təşviqat aparanların belə çağırış etməsinə gərək olmamalıydı axı...

Nəhayət, Mehman Əliyev iddia edir ki, guya o, heç zaman prezident olmaq istəyini dilə gətirməyib, hətta bu barədə təkliflər olanda da, ona əhəmiyyət verməyib. Yenə gözünün içinə qədər yalan danışır! 2013-cü ilin iyulunda “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə eynilə belə demişdi: “Mənə təklif gəlməyib. Mən də Milli Şurada təmsil olunmalıyam. Amma prezidentliyə namizədliklə bağlı mənə hər hansı müraciət olmayıb”.

Cəmi bircə ay sonra- avqustda isə “prezidentliyə namizəd olmağa hazıram” bəyanatı ilə redaksiyaları gəzirdi...

Linklər qalır!

Elə Mehman Əliyevin əleyhimə yazdığı məqaləni tərəddüd etmədən Baş redaktoru olduğum AzNews.az saytında yaymağım da link olaraq resursumuzda qalacaq.

Amma, heç olmasa, birсə dəfə media etikası adına comərd davranıb mənim bu yazımı "Turan" agentliyinin oxunaqsız online versiyasında yayımlaya bilərmi Mehman Əliyev?

Görəcəyik!

  • Taleh ŞAHSUVARLI