Təcili "Fizika" İnstutuna "Elmin İnkişafı Fondu"ndan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır Təcili "Fizika" İnstutuna "Elmin İnkişafı Fondu"ndan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır

Deputatdan akademik Nazim Məmmədova KORRUPSİYA İTTİHAMI

Təcili "Fizika" İnstutuna "Elmin İnkişafı Fondu"ndan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır

"Ay camaat! Dünyada elmin inkişafına dair layihələr işlənilir, strategiyalar qəbul olunur, bizdə isə vaxtilə Elmlər Akademiyasının tacı sayılan "Fizika" institutunda korrupsiya və maxinasiyalar tüğyan edir".

AzNews.az xəbər verir ki, bu fikrləri Milli Məclisin deputatı Etibar Əliyev Facebook səhifəsində qeyd edib.

Millət vəkili daha sonra Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovu korrupsiya halları törətməkdə ittiham edib:

"AMEA-nın yanvarın 8-də keçirilən iclasındakı qərarla tanış olaq: "Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub."
İnstitutun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.
Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib.
Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.
P.S. Vaxtilə bu institutdakı maxinasiyalar barədə yazmışam. Təcili "Fizika" İnstutuna "Elmin İnkişafı Fondu"ndan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır. Birinin məbləği 3.000.000 manat idi...Həmin vaxtlar Elmin İnkişafı Fondunun Himayədərlar Şurasının sədri akademik Ramiz Mehdiyev idi...
Birinci şəkildə Ramiz Mehdiyev Nazim Məmmədovu təltif edir. İkinci şəkildə isə Nazim Məmmədov medalından qürrələnir".