“Ay İsmayıl! İsmayıl, mən gəlmişəm, ay İsmayıl! İsmayıl, bir çölə çıx, ay İsmayıl! “Ay İsmayıl! İsmayıl, mən gəlmişəm, ay İsmayıl! İsmayıl, bir çölə çıx, ay İsmayıl!

Ağdamlının hıçqırtısı, erməninin kinosu, bizim kino adamlarının "kino çıxartması"

“Ay İsmayıl! İsmayıl, mən gəlmişəm, ay İsmayıl! İsmayıl, bir çölə çıx, ay İsmayıl!

Ay Firəngiz xala! Firəngiz xala, İsmayıl evdədi?

Niyə cavab vermirsiz?

Ay Ziyəddin!

Ziyəddin, gəlmişik, ay Ziyəddin!

Kim var evdə?!

Ay Ziyəddin, niyə cavab vermirsiz adama?

Ayə, hardasız?

Ayə, niyə dinmirsiz?

Niyə səsiniz gəlmir?

Hanı bu boyda evlərin sahibləri?

Hanı bu millət, bu camaat?

Ay Zimistan! Ayə, sən niyə cavab vermirsən bəs?

Bu millət hara getdi görən?

Ay Allah, hanı bu insanlar?!”

Və...Bütün bu fəryadı müşayiət edən hıçqırtı, hönkürtü...