Edvard Asryanı "siçan deşiyi"ndən Baş qərargah rəisliyinə aparan siyasi intriqalar Edvard Asryanı "siçan deşiyi"ndən Baş qərargah rəisliyinə aparan siyasi intriqalar

Ermənistanda "hərbi çevriliş" baş verdi: Paşinyan geri addım atır

Edvard Asryanı "siçan deşiyi"ndən Baş qərargah rəisliyinə aparan siyasi intriqalar

Bu gün Ermənistan Silahlı Qüvvələrinə yeni baş qərargah rəisi təyin olunub.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinə yeni baş qərargah rəisi vəzifəsi Edvard Asryana həvalə olunub. Bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.

General-mayor Edvard Asryanın məğlub erməni ordusuna baş qərargah rəisi təyin olunmasını, əslində, "hərbi çevriliş" də adlandırmaq olar.

Belə ki, 2021-ci ilin fevralında məğlub Ermənistan ordusunun generaliteti Baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanat imzalamışdı. Həmin bəyanata imza atanlardan biri də məhz Edvard Asryan idi. Bəyanata imza atanların çoxundan fərqli olaraq Nikol Asryanın üstünə getmədi, əksinə, 21 may 2021-ci ildə onu Baş Qərargah rəisinə müavin təyin etdirdi. Lakin Asryanın hərbi işlərdən çox siyasi intriqalarla məşğul olması onun 27 sentyabr 2021-ci ildə Ermənistan SQ-nin Baş qərargahında tutduğu vəzifədən kənarlaşdırılmasına səbəb oldu. Həmin ərəfədə Ermənistan mediası yazırdı ki, o, siyasətə atılmış Sehran Ohanyanın yanında görsənməyə başlayıb və ona publika önündə "cənab general" deyə müraciət edib. Bu isə Ermənistan rəhbərliyinin xoşuna gəlmədiyindən Asryanı "Artsax Respublikası" Baş Qərargah rəisi göndərmək üçün işdən azad edilib. Ancaq o, Xankəndiyə gəlmədi, Ermənistan SQ-nin baş qərargahında "ştatdankənar müavin" kimi qalmağa davam etdi.

"Ştatdankənar müavin" tez-tez reallıq hissini itiririr, "erməni əsirlərin qaytarılması üçün" Azərbaycana "bir saat vaxt verir", əks halda, hücuma keçəcəyi ilə hədələyirdi. Onun bu "hücumu" isə onunla tamamlanırdı ki, Azərbaycan ordusunun əsgərləri Laçın və Kəlbəcər istiqamətindəki silahlı erməni sərgardanlarını şillə-təpiklə torpaqlarımızdan qovurdular. Asryan hələ 2919-cu ildə Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahının Operativ-Əməliyyat idarəsinə rəhbər təyin olunmuşdu və o qədər "səriştəli" əməliyyat planları hazırlamışdı ki, 27 sentyabr 2020-ci ildə Azərbaycan "Dəmir yumruq"la düşmən üstünə yürüyəndə işğalçı ordunun şəxsi heyəti gizlənməyə siçan deşiyi axtarırdı. Siçan deşiyindən çıxan Asryana 30 noyabr 2020-ci ildə, yəni Ermənistanın kapitulyasiyasından sonra general-mayor rütbəsi verildi və rəhmətlik kaman ustası Habil Əliyevin məşhur lətifəsində deyildiyi kimi, o da bu poqonları götürdü. Hansı ki, onun Hadrutda anadan olduğu kənd məhz 44 günlük müharibənin gedişində şanlı ordumuzun nəzarətinə keçmişdi.

Bütün hallarda, Edvard Asryan Ermənistanda "Qarabağ klan"ını və revanşistləri təmsli edir. Onun bu gün Baş Qərargah rəisi təyin olunmasını Nikol Paşinyan hökumətini şantaj etməsi ilə əlaqələndirmək olar. Başqa sözlə, Edvard Asryanın Baş Qərargah rəisi təyin olunması Ermənistan elitasında hərbi və siyasi böhranın növbəti təzahürüdür.

Çormağan QARAQUMLU,

AzNews.az