Laçının yenidən Laçınlaşması... Laçının yenidən Laçınlaşması...

Mehriban xanımın Laçından paylaşımlarını gözləyirik

Laçının yenidən Laçınlaşması...

Laçından gələn xəbərləri hər bir azərbaycanlı böyük həyacanla izləyir. Emosiyalarımız tarıma çəkilib. Günləri, saatları sayırıq. Laçın şəhərinin və ətraf kəndlərinin nəzarətimizə keçməsi ilə post-münaqişə dövrünün daha bir mərhələsi yekunlaşacaq. Ancaq yekunlaşan hər mərhələ həm də yeni bir etapın başlanğıcıdır. Bir neçə gün sonra LAÇININ YENİDƏN LAÇINLAŞMASI DÖNƏMİ start götürəcək.

Bu mərhələdə hər bir laçınlının və azərbaycanlının üzərinə böyük məsuliyyət düşür. Elimizə-obamıza qayıdaraq dağlarımızı oxşamalıyıq. Bütün dünya azərbaycanlılarının duaları və alqışları ilə İşıqlının zirvəsində tonqal çatmalı, Laçını yaşatmağa, Laçında yaşamağa qaldığımız yerdən davam etməliyik. 30 illik işğalın yaratdığı problemlər var. Onları dəf etməyi bacarmalıyıq.

LAÇININ YENİDƏN LAÇINLAŞMASI DÖNƏMİ dövlət və dövlətimizin başçısı İlham Əliyev üçün də yeni mərhələdir. Bu mərhələdə bir tərəfdən çətin relyef və iqlim şəraitində infrostruktur formalaşmalı, bir tərəfdən də "Dəmir yumruq" üzü Xankəndiyə və Qərbi Zəngəzura sarı yellənməlidir.

Bunlar sadə həqiqətlərdir. Bu statusu yazmaqda mənim məqsədim diqqəti daha bir vacib istiqamətə- DÖVLƏTİMİZİN YUMŞAQ GÜC SİYASƏTİNƏ yönəltməkdir. Bu siyasəti Birinci vitse prezident Mehriban xanım Əliyeva koordinasiya edir və 44 günlük savaşda qazandığımız qələbənin əsasında dayanan əsas faktorlardan biridir. LAÇININ YENİDƏN LAÇINLAŞMASI həm bu siyasətdən asılıdır, həm də bu siyasətin genişlənməsi üçün yeni imkanlar açır. Elə bu səbəbdən də səbirsizliklə çox hörmətli Mehriban xanımın Laçından paylaşımlarını gözləyirəm. Düşmənin bu prosesə mane olmaq üçün heç bir resursu yoxdur. Laçın Azərbaycandır!!!

Taleh ŞAHSUVARLI