Natiq Cəfərli Praqada Əli Kərimlini ifşa etdi

"Bu gün Praqada, Forum 2000 tədbirində Əli Kərimlinin cəmi 5 dəqiqəlik video-çıxışı oldu, yəni, video öncədən göndərilmişdi, "Gücsüzlərin gücü", adlı 35-40 nəfərin iştirak etdiyi, aktivistlərin öz şəxsi faciə hekayələrini danışdıqları kiçik bir paneldə çıxışı yayıldı. İndi gördüm ki, hörmətli Əli bəy bu haqda foto-kollajla post yayıb. Fotolar vizual manipulyasiyadir".

Bu barədə Real partiyasının sədri Natiq Cəfərli açıqlama verib. O, deyib:

"Kərimlinin çıxışında nə Çexiyanın indiki, nə də Gürcüstanın keçmiş prezidenti yox idilər - onlar DÜNƏN, açılışda çıxış etdilər.

Bu gün uyğur, afrikalı, koreyalı və ukraynalı aktivistlərin faciəvi ömür hekayələri səsləndi, sonda Əli bəyin 5 dəqiqəlik videosu yayıldı. İnsafən, pis danışmadı, ölkəmizdə bilinən problemlərdən, siyasi məhbuslardan, bir də sürücüsünün və qohumlarının təqib olunmasından söz açdı.

Mən zalda idim, mənim fotomu paylaşmayıb, amma DÜNƏNKİ tədbirdən fotolar qoyaraq, insanları çaşdırır. Əli Kərimlinin yaydığı və gerçək fotoları müqayisə edəndə manipulyasiyanın həddi heyrət doğurur".

AzNews.az