• EKONEWS
  • 11 Yanvar 2024 12:10
  •  5 614

Əhməd İsmayılov: İnanırıq ki, media seçki prosesini işıqlandırarkən peşəkarlıq nümayiş etdirəcək

Növbədənkənar Prezident seçkiləri də ölkəmizin siyasi həyatında əlamətdar hadisə olmaqla yanaşı medianın öz peşəkarlıq səviyyəsini nümayiş etdirməsi, cəmiyyəti ictimai məzmunlu məlumatlarla dolğun formada və operativ qaydada təmin etməsi üçün əhəmiyyətli fürsətdir.

Bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.