• EKONEWS
  • 17 Yanvar 2024 12:02
  •  5 700

MSK sədri Müstəqil Mətbuat Mərkəzinin yaradılma məqsədindən danışıb

Bütün seçkilərdə Müstəqil Mətbuat Mərkəzi yaradırıq. Məqsədimiz odur ki, seçkilərə hazırlıq, səsvermənin keçirilməsi və bundan sonrakı proseslərdə şəffaflıq təmin edilsin, bu haqda informasiyalar düzgün çatdırılsın.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri jurnalistləri mərkəzin imkanlarından istifadə etməyə çağırıb: "MSK bu Müstəqil Mətbuat Mərkəzinin fəaliyyətinə xüsusi önəm verir. Çünki media olmasa, prosesləri nəinki beynəlxalq ictimaiyyətə, heç öz cəmiyyətimizə də çatdırmaq mümkün deyil".