• Fanat
  • 7 Noyabr 2018 16:40
  •  704

“Qəbələ”—“Herta” qarşılaşmasına start veriləcək - Bu dəqiqələrdə...

Əks qarşılaşma isə noyabrın 28-də Almaniyada oynanılacaq

UEFA Gənclər Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan və Almaniya təmsilçilərinin ilk görüşü bu axşam Qəbələ şəhər stadionunda keçiriləcəkdir. Saat 17-yə təyin edilmiş oyunda ədaləti qazaxıstanlı hakim Daniyar Saxi qoruyacaq.

Almaniyada “Herta”—“Qəbələ” cavab matçı isə noyabrın 28-də oynanılacaq. İki görüşün yekununda qalib komanda növbəti mərhələdə yoluna davam edəcək. (“Xalq qəzeti”)

© AzNews.az