Portuqaliya "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib. Portuqaliya "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib.
  • Fanat
  • 9 Noyabr 2018 12:40
  •  2 127

“Qarabağ”ın rəqibinin yeni baş məşqçisi

Portuqaliya "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Portuqaliya "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib.

Lissabon təmsilçisi Marsel Keyzerə həvalə olunub.

44 yaşlı hollandiyalı mütəxəssis 2021-ci il iyun ayının 30-na kimi komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, "Sportinq" noyabrın 5-də baş məşqçi Joze Pezeyrunu istefaya göndərib. Komanda sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0.

Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.(report.az)

AzNews.az