"Klub prezidentinin öz işi var, mənim öz işim". "Klub prezidentinin öz işi var, mənim öz işim".
  • Fanat
  • 25 Noyabr 2018 22:06
  •  1 543

Ayxan Abbasov: "Qələbə istəyiriksə, 90 dəqiqə dözmək lazımdır"

"Klub prezidentinin öz işi var, mənim öz işim".

“Əlbəttə, bu oyuna çox ciddi hazırlaşmışdıq. Futboçuların meydanda əzmkarlığı görünürdü. Rəqibi təhlil etmişdik. Futboçulara dedim ki, 65 dəqiqə oynadıq, son 25 dəqiqə istədiyimizi yerinə yetirmə bilmədik. Qələbə istəyiriksə, 90 dəqiqə dözmək lazımdır”.

Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XII turunda "Zirə"yə səfərdə 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra deyib.

Yeni klubunda sabiq komandası ilə oyunda debüt edən 37 yaşlı mütəxəssisin sözlərinə görə, futbolçuların əzmkarlığı, istəyi xoşuna gəlib: “Cərimə zərbəsindən buraxdığımız 2-ci qol planlarımızı pozdu. Qış fasiləsinədək maksimçum nəticə qazanmağa çalışacağıq”.

- "Sumqayıt" bu mövsüm ilk dəfə oyuna nominal hücumçusuz çıxmışdı. Bu, nə ilə bağlı idi?

- Belə sistemdə görünə bilər ki, hücumçumuz yox idi. Bu gün Aleksey İsayevi hücumda da istifadə edirdik. İnanıram ki, orda da çıxış edə bilər.

- 65-ci dəqiqədən sonra oynaya bilməməyiniz fiziki hazırlıqsızla bağlı idi?

- Əli Babayev zədə üzündən meydandan çıxandan sonra pressinq azaldı. İndi durub yeni baş məşqçi kimi fiziki hazırlıqdan danışmağım düzgün olmazdı. İstədiyim futbolu özüm hazırlamalıyam. Qış fasiləsində yeni futbolçularımız da olacaq, komandanı hazırlayandan sonra tələblərimiz edəcəyik.

- Belə iddialar var ki, klub prezidenti Riad Rəfiyev keçmiş baş məşqçi Nazim Süleymanovdan Xəyal Nəcəfovu oynatmağ xahiş etmişdi. Bu gün Xəyal 90 dəqiqə oynadı. Sizdən də bu istək olub?

- Məndən əvvəl nə olub bilmirəm. Klub prezidentinin öz işi var, mənim öz işim. Riad müəllim neçə illərdir futboldadır. Xəyal bu gün göstərdi ki, normal futbol oynaya bilər. Çalışacaqsa, yenə oynayacaq. Heç vaxt Riad müəllim deməz ki, bu futbolçunu oynat. Xarakterim elədi ki, özüm qərar verirəm. "Sumqayıt"da belə şeylə rastlaşmamışam. Bizim də səhvlər ola bilər. İşim rəhbərliyə görülən işlə bağlı məruzə etməkdir. (report)

AzNews.az