Vergi xidməti əməkdaşlarının idmana marağının yüksəldilməsi məqsədilə Vergilər Nazirliyinin struktur bölmələrinin arasında mini-futbol yarışları keçirilib. Vergi xidməti əməkdaşlarının idmana marağının yüksəldilməsi məqsədilə Vergilər Nazirliyinin struktur bölmələrinin arasında mini-futbol yarışları keçirilib.
  • Fanat
  • 26 Noyabr 2018 13:13
  •  2 644

Vergi xidməti əməkdaşları arasında mini-futbol yarışı keçirilib

Vergi xidməti əməkdaşlarının idmana marağının yüksəldilməsi məqsədilə Vergilər Nazirliyinin struktur bölmələrinin arasında mini-futbol yarışları keçirilib.

Vergilər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu vergi xidməti əməkdaşları arasında daxili kommunikasiyanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən sosial-mədəni tədbirlərdən biridir. Oktyabr ayının 27-də başlanan və Vergilər Nazirliyinin struktur bölmələrinin iştirak etdiyi yarışlar 5 həftə davam edib. Yarışlarda Bakı və region vergi orqanlarını təmsil edən 8 komanda iştirak edib.

2 saylı Ərazi Vergilər Departamentinin komandası yarışların qalibi olub. 2-ci yeri Vergilər Nazirliyinin Aparatının, 3-cü yeri Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin komandaları tutub.

Qalibləri təbrik edən vergilər nazirinin müavini Sahib Ələkbərov mini-futbol yarışlarının vergi xidməti əməkdaşlarının idmana marağının yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi daşıdığını bildirib. Kollektiv oyunların işçi heyətinin motivasiyasının yüksəldilməsində mühüm rol oynadığını qeyd edən nazir müavini yarışda iştirak edən bütün komandaları təbrik edib.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İlk 3 yeri tutan komandalar diplom və medallarla mükafatlandırılıb.

Nigar CƏFƏR

AzNews.az

image description image description