Komanda hazırda 39 xalla turnir cədvəlində 2-ci sıradadır. Komanda hazırda 39 xalla turnir cədvəlində 2-ci sıradadır.
  • Fanat
  • 6 Dekabr 2018 12:48
  •  2 213

“Liverpul”dan yeni rekord

Komanda hazırda 39 xalla turnir cədvəlində 2-ci sıradadır.

İngiltərə Premyer Liqasının XV turunda səfərdə "Börnli"ni 3:1 hesabı ilə məğlub edən "Liverpul" klubu yeni rekord müəyyənləşdirib.

Bu qələbədən sonra komanda 126 illik tarixi ərzində çempionatda ən yaxşı başlanğıcını edib.

Yurgen Kloppun baş məşqçilik etdiyi kollektiv 15 matçın 12-də qələbə qazanıb və üç qarşılaşmada heç-heçə edib.

Qeyd edək ki, "Liverpul" 1892-ci ildə yaranıb. Komanda hazırda 39 xalla turnir cədvəlində 2-ci sıradadır.

"Mançester Siti" isə 41 xalla 1-ci yerdədir. "Mersisaydlılar" XVI turda "Bornmut"un qonağı olacaq. Dekabrın 8-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.(report.az)

© AzNews.az