"İstəmirdim ki, futbolçularımızın əziyyəti boşa getsin". "İstəmirdim ki, futbolçularımızın əziyyəti boşa getsin".
  • Fanat
  • 9 Dekabr 2018 23:22
  •  1 705

Ayxan Abbasov: "Matçın sonlarında 6 müdafiəçi ilə oynadıq"

"İstəmirdim ki, futbolçularımızın əziyyəti boşa getsin".

"Çempionatın son oyunu idi. İstəyirdik xalla ayrılaq. Futbolçularımız əzmkarlıq göstərdilər. Son oyunlarda futbolçulardan razıyam. Məşqdəki performansı oyunlarda da nümayiş etdirirlər. Doğrudur, qarşıda hələ 2 dövrə var. Bu tempi qorumalıyıq. Fasilədə çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. “Neftçi”ni təhlil etmişdik. İlk dəqiqələrdə qol epizodlarından fərqlənə bilərdik. Hər halda, futbolda hər şey olur".

Bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis son dəqiqələrdə müdafiəyə çəkilmələrini belə izah edib:

"Əvvəl 4 müdafiəçiylə oynayırdıq. Sonra Arif Daşdəmirovu da döyüşə atdıq. Matçın sonlarında 6 müdafiəçi ilə oynadıq. İstəmirdim ki, futbolçularımızın əziyyəti boşa getsin. Rail Məlikovun iki epizodda kritik müdaxilələləri göstərdi ki, düzgün qərar vermişəm". (report)

AzNews.az