• Fanat
  • 3 Yanvar 2019 21:57
  •  460

"Monako" klubu 37 yaşlı futbolçu transfer etdi

Braziliyalı oyunçu bu mövsüm Bundesliqadakı 7 oyunun hamısında əsas heyətdə yer alıb.

"Monako" klubu Almaniya "Şalke"sinin futbolçusu Naldonu transfer edib.

37 yaşlı müdafiəçi ilə 2020-ci ilin iyununadək müqavilə bağlanıb.

Braziliyalı oyunçu bu mövsüm Bundesliqadakı 7 oyunun hamısında əsas heyətdə yer alıb.

Qeyd edək ki, hazırda 13 xala malik "Monako" Fransa Liqasında 19-cu pillədə qərarlaşıb. Tyerri Anrinin baş məşqçi olduğu kollektiv XIX turda "Marsel"in qonağı olacaq. Oyun yanvarın 13-də keçiriləcək. (report)

AzNews.az