İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Bernardu Silva yeni rekorda imza atıb. İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Bernardu Silva yeni rekorda imza atıb.
  • Fanat
  • 4 Yanvar 2019 15:20
  •  1 251

Bernardu Silvadan yeni rekord

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Bernardu Silva yeni rekorda imza atıb.

"Opta" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXI turunda "Liverpul"la matçda 13.7 kilometr məsafə qət edib.

Bu isə İngiltərə Premyer Liqasının hazırkı mövsümü üçün rekord göstəricidir. Cari mövsümdə heç bir futbolçu buna nail ola bilməyib.

Qeyd edək ki, qarşılaşma "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətdə başlayan Bernardu Silva sonadək meydanda olub.(oxu.az)

© AzNews.az