• Fanat
  • 13 Yanvar 2019 23:30
  •  522

"Sabah" klubu "Qarabağ"ın futbolçusunu transfer etdi

24 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

"Qarabağ" klubu futbolçusu Coşqun Diniyevlə yollarını ayırıb.

Klubdan "Report"a verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Bu gediş orta sahəyə Qazaxıstan "Astana"sından Riçard Almeydanın icarəyə götürülməsindən sonra gerçəkləşib.

C.Diniyev karyerasını "Sabah" komandasında davam etdirəcək. Premyer Liqanın debütant klubundan "Report"a verilən məlumata görə, onunla 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, "Sabah"da Coşqun Diniyevin qardaşı Kərim Diniyev də çıxış edir. K.Diniyev komandanın vitse-kapitanıdır.

AzNews.az