• Fanat
  • 21 Yanvar 2019 10:28
  •  468

Artıq çəkiyə görə əsas heyətdən kənarlaşdırıldı

“Real Madrid” hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.

İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Santyaqo Solari futbolçu Marselonu “11-lik”dən kənarlaşdırıb.

“Onda Cero” xəbər verir ki, səbəb 31 yaşlı müdafiəçinin 6 kq artıq çəkiyə malik olmasıdır. Braziliyalı oyunçu bu üzdən madridlilərin La Liqanın XX turunda “Sevilya”nı evdə 2:0 hesabı ilə məğlub etdikləri görüşdə ehtiyatda qalıb.

Marselo bu mövsüm meydana çıxdığı 11 çempionat oyununda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. “Real Madrid” hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, daha öncə Marselonun karyerasını İtaliya “Yuventus”unda davam etdirmək istədiyi və Kriştianu Ronaldo ilə təkrar komanda yoldaşı olmağı arzuladığı bildirilirdi.(report.az)

© AzNews.az