Formula 1 yarışlarının rəhbərliyi Filippin Qran-Prisi ticarət markasının qeydiyyata alınması üçün müraciət edib. Formula 1 yarışlarının rəhbərliyi Filippin Qran-Prisi ticarət markasının qeydiyyata alınması üçün müraciət edib.
  • Fanat
  • 26 Yanvar 2019 20:40
  •  1 252

F1 yarışlarında Filippin Qran-Prisi yarana bilər

Formula 1 yarışlarının rəhbərliyi Filippin Qran-Prisi ticarət markasının qeydiyyata alınması üçün müraciət edib.

AzNews.az AZƏRTAC – a istinadən xəbər verir ki, eyni zamanda, Manila Qran-Prisinin qeydiyyata alınması üçün də müraciət olunub.

Bu isə o deməkdir ki, sözügedən yürüşlər Filippinin paytaxtında keçirilə bilər. Yürüşün şəhər daxilində, yoxsa stasionar avtodromda keçiriləcəyi hələ dəqiq məlum deyil. Filippində tezliklə yeni trass açılacağı gözlənilir, lakin həmin trass Formula 1 yürüşləri üçün nəzərdə tutulmayıb.

Qeyd edək ki, Filippin Qran-Prisi Cənub-Şərqi Asiya regionunda ikinci yeni mərhələ ola bilər. Bir qədər əvvəl bildirilib ki, artıq 2020-ci ildə Formula 1 dünya çempionatının bir mərhələsi Vyetnamda keçiriləcək. ABŞ-da daha bir Qran-Pri təşkil edilməsi ilə əlaqədar problemlər fonunda “Liberty Media” bu yürüşlərin keçirilməsi üçün yeni yerlər axtarışını davam etdirir.

AzNews.az