Emiliano Salanın xatirəsi yad ediləcək. Emiliano Salanın xatirəsi yad ediləcək.
  • Fanat
  • 12 Fevral 2019 14:33
  •  2 074

Avrokuboklardakı matçlar bir dəqiqəlik sükutla başlayacaq

Emiliano Salanın xatirəsi yad ediləcək.

Çempionlar Liqası və Avropa Liqasında bu həftə keçiriləcək oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Təyyarə qəzasında dünyasını dəyişən argentinalı hücumçu Emiliano Salanın xatirəsi yad ediləcək.

28 yaşlı hücumçu yanvarın 19-u “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i Böyük Britaniyaya qayıdarkən 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi.

Qeyd edək ki, argentinalı hücumçu “Nant”da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.(qafqazinfo.az)

AzNews.az