- Fanat
- 2 Mart 2019 23:10
- 3 387
Ramil Şeydayev "Krılya Sovetov"un heyətində ilk qolunu vurdu

Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Futbol üzrə Rusiya Premyer Liqasının XVIII turunda "Krılya Sovetov" klubu Moskvada "Lokomotiv"in qonağı olub.
Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev qonaq komandanın start heyətində yer alıb və sonadək meydanda olub. Üstəlik, o, 69-cu dəqiqədə son qolu vuraraq, "Krılya Sovetov"u məğlubiyyətdən qurtarıb. Bu, 23 yaşlı forvardın Rusiya çempionatında ilk qolu olub.
Qeyd edək ki, “Krılya Sovetov” hazırda 18 xalla 13-cü pillədə qərarlaşıb. (report)
AzNews.az