Ardaya ard-arda tərif yağdı

La Liqanın 20-ci turunda “Real Madrid” doğma meydanda “Levante”ni 2:0 hesabı ilə məğlub edib.

AzNews.az xəbər verir ki, qarşılaşmanın əsas qəhrəmanı ikinci hissədə oyuna daxil olan türk futbolçu Arda Güler olub. Göstərdiyi performansla matçın oyunçusu seçilən Arda İspaniya mətbuatında gündəmə çevrilib.

İkinci hissənin əvvəlində meydana çıxan Arda Güler oyunun ritmini tamamilə dəyişib. Onun Mbappeyə verdiyi ötürmə penaltiyə səbəb olub və Madrid təmsilçisi hesabı açıb. Daha sonra Ardanın dəqiq yerinə yetirdiyi künc zərbəsindən Asensio başla fərqlənərək hesabı 2:0-a çatdırıb.

İspaniya mediası Ardanın oyuna daxil olması ilə “Real Madrid”in canlandığını xüsusi vurğulayıb.

Marca yazır: “Güler oyunun qaydalarını dəyişdi. Top istədi, ritm və sakitlik gətirdi. Künc zərbələrində onun kimisi yoxdur.”

AS nəşri isə qeyd edib: “Arda yanğını söndürdü. Komandanı üzərinə götürdü və etirazlarla dolu bir axşamı xilas etdi.”

Mundo Deportivo: “Ardanın meydanda olduğu dəqiqələrdə Real Madrid xeyli yaxşı oynadı.”

El Mundo isə yazıb: “Arda Güler oyunu canlandırdı və ikinci hissənin ən yaxşı futbolçusu oldu.”

Qısa müddətdə göstərdiyi təsirli oyunla Arda Güler həm azarkeşlərin, həm də İspaniya mediasının böyük rəğbətini qazanıb.

AzNews.az