Alleqrinin Turin komandasında işini davam etdirmək ehtimalı 25 faizdən çox deyil. Alleqrinin Turin komandasında işini davam etdirmək ehtimalı 25 faizdən çox deyil.
  • Fanat
  • 3 Mart 2019 19:17
  •  1 972

"Yuventus" baş məşqçi postuna dörd namizədi nəzərdən keçirir

Alleqrinin Turin komandasında işini davam etdirmək ehtimalı 25 faizdən çox deyil.

İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri mövsümün sonunda öz postunu tərk edə bilər.

Mənbənin məlumatına görə, Alleqrinin Turin komandasında işini davam etdirmək ehtimalı 25 faizdən çox deyil.

Bununla əlaqədar olaraq klub rəhbərliyi ona əvəz qismində artıq bir neçə namizədi müəyyən edib.

"Yuventus"un maraq dairəsinə Hosep Qvardiola ("Mançester Siti"), Yurgen Klopp ("Liverpul"), Zinəddin Zidan və Antonio Konte (hər ikisi azad agentdir) daxildir.

Daha əvvəl "Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsində keçirdiyi səfər oyununda "Atletiko Madrid"ə 0:2 hesabı ilə məğlub olub. (report)

AzNews.az