Dünya çempionatının qalibi adını Rusiya millisi qazanıb. Dünya çempionatının qalibi adını Rusiya millisi qazanıb.
  • Fanat
  • 14 Mart 2019 14:38
  •  1 885

Şahmatçılarımız Misir yığmasına qalib gəldilər

Dünya çempionatının qalibi adını Rusiya millisi qazanıb.

Qazaxıstanda ilk dəfə keçirilən kişi şahmatçılardan ibarət komandalar arasında dünya çempionatı martın 14-də başa çatıb.

Milli komandamız dünya çempionatının sonuncu – doqquzuncu turunda çempionatın autsayder Misir yığmasına qalib gəlib – 2,5:1,5.

Ümumiyyətlə, komandamız çempionat ərzində Çin, İngiltərə, Qazaxıstan, İsveç, ABŞ, Rusiya, Hindistan və İran milliləri ilə qarşılaşıb.

Dünya çempionatında Azərbaycan millisinin heyətində Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov mübarizə aparıblar.

Dünya çempionatının qalibi adını Rusiya millisi qazanıb.(AZƏRTAC)

AzNews.az